logo

Moskvada Putinlə Paşinyan Qarabağı müzakirə edəcək

11:33 12-10-2021 | icon 1477
Moskvada Putinlə Paşinyan Qarabağı müzakirə edəcək

"Bu gün Moskvada Rusiya prezidenti ilə Ermənistan baş naziri arasında keçiriləcək görüş zamanı Qarabağ məsələsi ilə bağlı əldə edilmiş üçtərəfli razılaşmaların icrası müzakirə olunacaq".

 YeniAvropa xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yerləşdirilib.

Bildirilir ki, oktyabrın 12-də Rusiyaya işgüzar səfərə gələcək baş nazir Nikol Paşinyan Moskvada prezident Vladimir Putinlə görüşəcək: "Tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların həyata keçirilməsini, regionda sabitliyin gücləndirilməsi, iqtisadi əlaqələrin bərpası və inkişaf məsələlərini müzakirə edəcəklər. Həmçinin müttəfiqlik münasibətlərinin gündəliyi, inteqrasiya birliklərindəki qarşılıqlı əməkdaşlıq məsələləri də diqqət mərkəzində olacaq”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında sonuncu görüş bu il iyulun 7-də Moskvada baş tutub. Tərəflər Azərbaycan-Ermənistan sərhəddi boyunca -şimaldan cənubadək Rusiya sərhəd qoşunlarının yerləşdirilməsinə dair razılıq əldə ediblər.