logo

Daha üç güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

12:44 09-10-2021 | icon 3521
Daha üç güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı sona yaxınlaşır.

YeniAvropa xəbər verir ki, səkkizinci yarış günündə - oktyabrın 9-da 63, 67 və 87 kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Bu gün millimizin 3 güləşçisi xalçaya çıxacaq. Belə ki, Taleh Məmmədov (63 kq) türkiyəli Mehmet Çeker, Həsrət Cəfərov (67 kq) ABŞ idmançısı Peyton Omaniya, İslam Abbasov (87 kq) gürcüstanlı Laşa Qobadze ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər yarışı medalsız bitiriblər. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə ediblər.