logo

Güləşçimiz Rafiq Hüseynov dünya çempionu oldu

21:51 08-10-2021 | icon 3311
Güləşçimiz Rafiq Hüseynov dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.

YeniAvropa xəbər verir ki,  82 kq çəki dərəcəsində çıxış edən idmançımız türkiyəli Burhan Akbudakla qüvvəsini sınayıb.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Rafiq Hüseynov karyerasında ilk dəfə dünya çempionu olub.

Xatırladaq ki, Rafiq Hüseynov iki ay əvvəl "Tokio-2020" Yay Olimpiya Oyunlarında bürünc medal qazanmıdı.