logo

Polis Saakaşviliyə dəstək aksiyasını dağıtdı-saxlanılanlar var

17:28 08-10-2021 | icon 2947
Polis Saakaşviliyə dəstək aksiyasını dağıtdı-saxlanılanlar var

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin saxlanıldığı həbsxananın qarşısında etiraz aksiyası keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, aksiya zamanı etirazçılar və polis arasında qarşıdurma yaşanıb.

İnsident zamanı dörd nəfər saxlanılıb.

Məlumata görə, aksiya iştirakçıları Saakaşvilinin saxlanıldığı 12 nömrəli Rustavi həbsxanasının divarlarına “Mişaya azadlıq” yazmaq istədikdə polislə qarşıdurma başlayıb. 

Polis əməkdaşları aksiya iştirakçılarına maneə olsa da, divara yazı yazmaq mümkün olub.