logo

“Eurovision 2022” müsabiqəsinə  Turin şəhəri ev sahibliyi edəcək

16:06 08-10-2021 | icon 1960
“Eurovision 2022” müsabiqəsinə  Turin şəhəri ev sahibliyi edəcək

“Eurovision 2022” mahnı müsabiqəsinə İtaliyanın Turin şəhəri ev sahibliyi edəcək.

YeniAvropa xəbər verir ki, “Eurovision 2022” mahnı müsabiqəsinin yarımfinalları gələn il mayın 10-12-də, finalı isə mayın 14-də İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da keçiriləcək. “Rai” televiziyası Avropa Yayım Birliyi (EBU) ilə birgə mahnı müsabiqəsinin canlı yayım hüququna malik olacaq.

Şoular, biletlər və müsabiqə ilə bağlı daha ətraflı məlumatlar yaxın həftələrdə və aylarda açıqlanacaq.

Qeyd edək ki, dünyanın ən böyük canlı musiqi tədbirinə ev sahibliyi etmək üçün İtaliyanın 17 şəhəri və bölgəsi yarışıb.

Xatırladaq ki, İtaliya artıq üçüncü dəfə (1965-ci ildə Neapol, 1991-ci ildə Roma) “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcək.