logo

Bakıda qanunsuz tikinti işləri dayandırıldı

14:34 07-10-2021 | icon 1519
Bakıda qanunsuz tikinti işləri dayandırıldı

Fövqəladə Hallar Nazirliyinin(FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində vətəndaş Xalıqov Elşad Əzim oğlu tərəfindən müvafiq sənədlər olmadan qeyri-yaşayış obyektinin tikintisinin aparılması faktı aşkar edilib. 

FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, məsələ ilə əlaqədar nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.