logo

Ərdoğan Putini təbrik etdi

13:58 07-10-2021 | icon 2702
Ərdoğan Putini təbrik etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, telefon söhbəti zamanı ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.

Bildirilir ki, Türkiyənin dövlət başçısı rusiyalı həmkarını ad günü münasibətilə təbrik edib.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin doğum günüdür.Onun 69 yaşı  tamam olub.