logo

Naxçıvanda ilk qar yağıb

11:11 07-10-2021 | icon 1519
Naxçıvanda ilk qar yağıb

Ölkə ərazisində olduğu kimi, muxtar respublikada da qeyri-sabit hava şəraiti hökm sürür. Bəzi dağlıq və dağətəyi bölgələrə ilk qar yağıb.

YeniAvropa xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib.

Qeyd edilib ki, Ordubad rayonunun bəzi dağlıq bölgələrinə, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərinin dağlarına qar yağıb.