Rövşən Əkbərovun öldürdüyü şəxsin həyat yoldaşı məhkəmədə danışdı
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
YeniAvropa xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində qətlə yetirilən Elçin Əliyevin həyat yoldaşı Fəxrintac Əliyeva dindirilib.
O, istintaqa verdiyi ifadəni təsdiqləyib.
Daha sonra şahid qismində mərhumun uşaqlıq dostu Səməd Novruzov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi yaxından tanımır: "2001-ci il iyunun 1-də mənə zəng gəldi. Hadisə ilə bağlı mənə xəbər etdilər. Biz rəhmətlik Elçinlə uşaqlıq dostu olmuşuq. Təcili çıxdıq Ukraynaya. Axşam Kiyevə çatdıq. Bizi orada bir nəfər qarşıladı. Gecə oteldə qalıb, ertəsi günü "morq"a getdik. Saat 4-də Elçinin cənazəsini Bakıya yola salıb, Kiyevdəki səfirliyə getdim. Orada keçmiş hərbçi, Ukrayna vətəndaşı olan Qriqoryev Mixailoviçi gördüm. Mənə dedi ki, hadisəni sizinkilər törədib. Biz onunla telefonda əvvəl danışmışdıq, amma üzünü görməmişdim. Ukraynada olan səfirlikdə mənə söylədilər ki, Elçin "Abşeron" adlı restoranda yeyib-içib. Sonra səfirlikdə də kiminləsə mübahisələri düşüb. Təzədən başqa restorana gedib. Səfirlikdə mübahisə etdiyi adamlar da həmin restorana gedib. Hadisə həmin yerdə baş verib. Mənə orada dedilər ki, Rövşən Əkbərov da həmin restoranda olub. Sonuncu dəfə Elçinlə mayın 31-də danışmışam. Mən iyunun 1-də səfirlikdə olmuşam, ayın 2-si isə Rövşənin qətl törətməsini eşitmişəm. Bu günə kimi də bu sual maraqlandırır ki, Rövşən Elçini niyə öldürüb?".
Daha sonra təqsirləndirilən şəxs R.Əkbərov şahidə "siz necə dost olmusunuz ki, gəlib Rövşəni tapıb soruşmadın?" sualını verib
Şahid isə "sübutum olmadan kimisə qətldə ittiham edə bilmərəm" cavabını verib.
Növbəti iclas oktyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır