logo

Azərbaycanla Gürcüstan müdafiə sahəsində sənəd imzalayıb

10:30 05-10-2021 | icon 1449
Azərbaycanla Gürcüstan müdafiə sahəsində sənəd imzalayıb

Gürcüstanda səfərdə olan Azərbaycaın müdafiə naziri general-polkovnik Zakir Həsənovun gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşü başa çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, görüşdə iki ölkənin Müdafiə nazirlikləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tərəflər Azərbaycanla Gürcüstan arasında münasibətlərin inkişafından məmnunluq ifadə ediblər, bu münasibətlərin daha da dərinləşməsinin vacibliyi vurğulanıb.

Görüşün sonunda iki ölkə arasında müdafiə sahəsində əmədaşlıq planı imzalanıb.