logo

Moskvada Putinlə Paşinyanın görüşünə hazırlıq gedir

18:58 04-10-2021 | icon 1533
Moskvada Putinlə Paşinyanın görüşünə hazırlıq gedir

Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

YeniAvropa xəbər verir ki, bu barədə "news.am" saytı məlumat yayıb. Bildirilib ki, xəbər Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tərəfindən təsdiqlənib. Onun sözlərinə görə prezidentlərin təkbətək görüşünə artıq hazırlıq işləri başlanılıb. "Görüşün dəqiq tarixi barədə əlavə məlumat veriləcək",-deyə D.Peskov vurğulayıb. 

Xatırladq ki, daha əvvəl Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko Ermənistan Milli Məclisinin sədri Alen Simonyan ilə görüşündə yaxın vaxtlarda  Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyini bildirib.