logo

Cəbrayılda 150 çarpayılıq mərkəzi şəhər xəstəxanasını tikiləcək

14:41 04-10-2021 | icon 1652
Cəbrayılda 150 çarpayılıq mərkəzi şəhər xəstəxanasını tikiləcək

Prezident İlham Əliyev oktyabrın 4-də "Cəbrayıl şəhər mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam  imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılsın".