logo

Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq

12:13 03-10-2021 | icon 1792
Sabah Bakıda arabir yağış yağacaq, 21° isti olacaq

Azərbaycanda oktyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16°, gündüz 19-22° isti, Bakıda gecə 14-16°, gündüz 19-21° isti olacağı ehtimal olunur. Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 4-də Abşeron yarımadasında rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv, şimal və şərq rayonlarında isə güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır.

Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 16-19° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı bildirilir.