logo

Suqovuşan sakinləri evlərini ziyarət ediblər

10:50 03-10-2021 | icon 1631
Suqovuşan sakinləri evlərini ziyarət ediblər

Suqovuşan sakinləri doğma kəndlərinə dönüblər.

YeniAvropa xəbər verir ki, kənd sakini Gülşən Ağayevanın sözlərinə görə, 1992-ci ildə ermənilərin daha da aktivləşdiyi zamanlarda onlar üçün ciddi təhlükənin olduğunu hiss ediblər. Ermənilərin ətraf kəndlərdəki təxribatlarına baxmayaraq, kənddən çıxmaq fikirləri olmayıb. Əlavə qüvvələrin onların köməyinə gələcəyi ümidilə bir müddət gecələr evlərindən çıxaraq, yamacda olan qaratikanlıqda gizləniblər.

Xaliq Hümbətov da Suqovuşan kənd sakinidir. Deyir ki, şəhid qanı ilə alınan bu torpaqlar tək onlar üçün deyil, bütün Azərbaycanın qürur yeridir.

Doğma kəndlərinin azad edilməsi sevincini yaşayan Suqovuşan sakinləri, indi bu kəndə tez bir zamanda köç etmələrini səbirsizliklə gözləyirlər./"Report"