logo

Ərdoğan yenidən Azərbaycana gəlir

15:35 01-10-2021 | icon 2051
Ərdoğan yenidən Azərbaycana gəlir

“Qarşıdakı həftələrdə yenə Azərbaycanda olacağıq”.

 YeniAvropa xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 2021-ci il yeni fəaliyyət dövrünə aid açılış iclasında çıxışı zamanı deyib.

“Keçən il Türkiyə Böyük Millət Məclisinin növbəti qanunvericilik ilinin açılışında Vətən müharibəsi aparan azərbaycanlı qardaşlarımıza dualarımızı çatdırmışdıq. Çox şükür, 44 gün davam edən çətin mübarizə Azərbaycanın zəfəri ilə başa çatdı. Beləliklə, 30 ilə yaxın işğal altında olan Qarabağ və Azərbaycanın digər torpaqları işğaldan azad edildi. Biz də Bakı və Şuşanı ziyarət edərək azərbaycanlı qardaşlarımızın sevincinə ortaq olduq. İnşallah, qarşıdakı həftələrdə azərbaycanlı qardaşlarımızla yenə bir araya gələcəyik”, - deyə Türkiyə prezidenti vurğulayıb.

Xatırladaq ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ötən gün “Haber Global”a müsahibəsində Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcəyini bildirib.