logo

Azərbaycanda dünya çempionu narkotikaya görə həbs edildi

17:59 15-09-2021 | icon 1827
Azərbaycanda dünya çempionu narkotikaya görə həbs edildi

Dünya və Avropa çempionu Xəyyam Səfixanov həbs olunub.

 YeniAvropa xəbər verir ki, Xəyyam Səfixanov narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinir. O, Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Axtarış zamanı onun üzərindən heroin, metafitamin və tramadol həbi aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmə tərəfindən Səfixanov barəsində həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, Xəyyam Səfixanov universal-döyüş və digər idman növü üzrə dünya və Avropa çempionu olub.

Xəyyam Səfixanov kriminal aləmdə “Razin Xəyyam” kimi də tanınır.