logo

Yol Polisi: Sabah paytaxtda bəzi yollar bağlanacaq

16:11 15-09-2021 | icon 1715
Yol Polisi: Sabah paytaxtda bəzi yollar bağlanacaq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sentyabrın 16-da keçiriləcək “Qarabağ” – “Bazel” oyunu ilə bağlı sürücülərə müraciət edib.

İdarədən YeniAvropa-ya verilən məlumatda bildirilir ki, sentyabrın 16-da Milli Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”-“Bazel” oyunu ilə əlaqədar yollarda hərəkət təhlükəsizliyini təmin etmək üçün Ziya Bünyadov prospektindən hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyükşor bulvarı istiqamətində, Heydər Əliyev prospektində hərəkət edən sürücülər isə 5 saylı “ASAN Xidmət”in yanından Olimpiya stadionu istiqamətində hərəkətin məhdudlaşdırılmasını nəzərə alsınlar.

“Sürücülərdən xahiş edirik ki, oyunu izləməyə gələrkən mümkün qədər şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyatdan istifadə etsinlər. Pandemiya şəraitini nəzərə alaraq, karantin qaydalarına əməl etsinlər. Piyadalardan xahiş edilir ki, “Koroğlu” metrostansiyasının yanındakı təhlükəsiz piyada keçidi ilə əraziyə daxil olsunlar”, - deyə məlumatda qeyd olunub.