logo

Cüdo üzrə Bakı “Böyük dəbilqə”sində 3 ölkə iştirakını təsdiqləyib

15:55 14-09-2021 | icon 1820
Cüdo üzrə Bakı “Böyük dəbilqə”sində 3 ölkə iştirakını təsdiqləyib

Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

 YeniAvropa Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə artıq 3 ölkə - Sloveniya, Çexiya və Bolqarıstan iştirakını təsdiqləyib. Belə ki, Sloveniya 13, Çexiya 6, Bolqarıstan 1 cüdoçu ilə təmsil olunacaq.

Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.

Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.