logo

Qarabağda daha iki erməni hərbçisinin cəsədinin qalıqları tapıldı

18:48 13-09-2021 | icon 2002
Qarabağda daha iki erməni hərbçisinin cəsədinin qalıqları tapıldı

Qarabağda 44 günlük Vətən müharibəsi zamanı itkin düşmüş hesab edilən erməni hərbçilərinin cəsədlərinin axtarışı davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, erməni axtarış qrupları bu gün daha iki erməni hərbçisinin cəsədinin qalıqlarını tapıblar.

Cəsədlərin qalıqları Hadrut istiqamətində aparılan axtarışlar zamanı aşkarlanıb. Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin ediləcək.

Bununla da 13 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1665-ə çatıb.

Xatırladaq ki, Ermənistan hakimiyyəti döyüşlərdə məhv edilmiş hərbçilərinin sayını hələ də gizlədir.