YAP-da Əli Əhmədov dövranı bitdi?
Hakim Yeni Azərbaycan Partiyasının(YAP) adı ətrafında növbəti dəfə ajiotaj yaranıb. Partiya funksionerlərinin intim videolarının yayılmasının ardından İdarə Heyətinin təcili toplanaraq yeni qərarlar qəbul etməsi müxtəlif mülahizələrin meydana çıxmasına səbəb olub: Hazırda siyasi analitiklər bu suallara cavab axtarışındadır: YAP-da nə baş verir? İqtidar partiyasının nüfuzdan düşməsi kimə sərf edir?
YeniAvropa xatırladır ki, sentyabrın 10-da YAP-ın İdarə Heyətinin iclası keçirilib. İclasda hakim partiyanın Bakı şəhərində fəaliyyət göstərən 9 rayon təşkilatının sədri vəzifəsindən azad edilib, onların yerinə yeni təyinatlar olub. Nəticədə Səbail rayon təşkilatının sədri, keçmiş deputat Şəmsəddin Hacıyev, Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı, Qaradağ rayon təşkilatının sədri, deputat Aydın Hüseynov, Nizami rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva, Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov, Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva partiyadakı vəzifələrini itiriblər.
Aldığımız məlumatlara görə, YAP-dakı yeniliklər təkcə nizamnamə dəyişikliyilə bağlı deyil. Adının çəkilməsini istəməyən partiya funksionerinin sözlərinə görə, əslində, nizamnamə dəyişikliyində məqsəd YAP-da “təmizləmə əməliyaytı”nın keçirlməsi üçün zəmin hazırlamaq olub. Onun sözlərinə görə, hakim partiya “arzuolunmaz” şəxslərlə vidalaşmaqda israrlıdır. Müsahibimiz illərlə partiya üçün faydalı olmayan lakin vəzifə tutan stajlı YAP-çıların bir çoxunun tezliklə “qapı arxasında” qalacağını bildirib.
Mənbə deyib ki, YAP-da vəzifəsini itirən şəxslərin əksəriyyəti Əli Əhmədovun kadrlarıdır. Bunda məqsəd Əli Əhmədovun partiyadakı hegemonluğuna son qoymaqdır. Həmsöhbətimizin bildirdiyinə görə, bu proses Tahir Budaqovun YAP-da ikinci posta gətirilməsi ilə başlayıb. Hazırda Budaqov partiyada Əli Əhmədovun “qol-budağını” kəsməklə məşğuldur.
YAP funksioneri Əli Əhmədovun “qara siyahıya” düşməsinin səbəbini də açıqlayıb. Qeyd edib ki, Baş nazirin müavini uzun illər partiyada əsas söz sahibi olmasından istifadə edərək, böyük bir qruplaşma yaratmağa nail olub. Onun qruplaşmasından kənarda qalanların karyerası heç də hamar olmayıb. Əhmədov xüsusilə partiyanın deputat siyahısı müəyyənləşərkən şəxsi münasibətləri və namizədlərin regional mənsubiyyətini əsas götürüb. 2020-ci ilin fevralında keçirilən sonuncu parlament seçkiləri zamanı bu problem özünü daha qabarıq şəkildə göstərdiyi üçün Əl Əhmədovun partiyadakı mövqelərinin zəiflədilməsinə qərar verilib. Belə demək mümkündürsə, Əli Əhmədov ifrat yerlibazlığın güdazına gedib./Yenisabah.az
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır