logo

Yaqub Zurufçunun vəziyyəti pisləşib, kəskin böyrək çatışmazlığı yaranıb

14:04 13-09-2021 | icon 2681
Yaqub Zurufçunun vəziyyəti pisləşib, kəskin böyrək çatışmazlığı yaranıb

"Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur".

YeniAvropa xəbər verir ki, bu barədə "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov məlumat verib.

Onun sözlərinə görə, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır: "Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb".

Qeyd edək ki, əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər.