logo

Azərbaycanlı hakimlər UEFA Avropa Liqasının oyununa təyinat alıb

13:31 13-09-2021 | icon 3626
Azərbaycanlı hakimlər UEFA Avropa Liqasının oyununa təyinat alıb

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

YeniAvropa xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Midtülland” (Danimarka) – “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi Ə.Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Oyunun var hakimləri rusiyalı Vitali Meşkov və Sergey İvanovdur.

Matç sentyabrın 16-da Danimarkanın Herninq şəhərində keçiriləcək.