logo

Qazaxıstan parlamentinin nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

10:30 13-09-2021 | icon 1547
Qazaxıstan parlamentinin nümayəndə heyəti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Qazaxıstan Respublikası parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik Komitəsinin sədri xanım Aygul Kuspanın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 13-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül qoyub.

YeniAvropa xəbər verir ki, sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.

Daha sonra jurnalistlərin suallarını cavablandıran Aygül Kuspa səfər proqramı çərçivəsində Qazaxstan parlamentinin nümayəndə heyəti ilə birlikdə işğaldan azad edilmiş Şuşa şəhəri barədə təəssüratını bölüşüb. Komitə sədri Şuşada aparılan nəhəng tikinti-quruculuq işlərinin miqyasından heyrətləndiklərini bildirib. O qeyd edib ki, qısa müddətdə belə miqyasda işlərin görülməsi üçün maddi resurslardan əlavə, Vətən sevgisi lazımdır. İnanırıq ki, bu hisslər qarşıya qoyulmuş vəzifələrin həll olunması üçün başlıca impulsdur.