logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 27 min nəfəri ötüb

18:18 10-09-2021 | icon 2485
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 3 milyon 27 min nəfəri ötüb

Sentyabrın 10-da Azərbaycanda 62 min 584 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 min 160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 min 424 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 493 min 34, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 465 min 644, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 27 min 390 nəfər təşkil edir.