logo

Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

14:29 09-09-2021 | icon 3283
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayırlar

Sentyabrın 9-da Lüksemburqda Avropa çempionatı (U-21) start götürür.

YeniAvropa xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır. Belə ki, 60 kiloqram çəki dərəcəsində Qasım Vəlizadə Matan Kokolaev (İsrail), Turan Bayramov Roy Rosenlə (İsrail) güclərini sınayacaqlar. Digər çəkidə - 66 kiloqram çəki dərəcəsində Çingiz Fəttahov Andrejs Skomorohovs (Latviya), Rəşad Quluzadə isə Çarli Yunq (Böyük Britaniya) ilə qarşılaşacaqlar.

Qadınlar arasında 48 kiloqram çəki dərəcəsində Aydan Vəliyeva Eva Peres (İspaniya), Könül Əliyeva isə Yente Vestraeten (Belçika) ilə mübarizə aparacaqlar. Ülviyyə Bayramova (57 kq) isə Nikol Staxova (Almaniya) ilə qüvvəsini sınayacaq.

Turnir sentyabrın 11-dək davam edəcək. Yarışa 43 ölkədən 350-dən çox cüdoçu qatılıb.