logo

Sabirabadda polisi döyən "Jiquli"nin sürücüsünə cinayət işi açıldı 

10:44 09-09-2021 | icon 406
Sabirabadda polisi döyən "Jiquli"nin sürücüsünə cinayət işi açıldı 

Sentyabrın 8-də Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat verilib.

Sabirabad rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, Sabirabad şəhərindəki H.Əliyev prospektində “VAZ 2106” markalı 10-CE-632 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Azər Həsənovun qayda pozuntusuna yol verdiyinə görə rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin həmin ərazidə xidmət aparan yol patrul xidmətinin əməkdaşları Naməddin İbrahimov və Ramik Rəhimov tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə əlaqədar polis əməkdaşlarını nalayiq ifadələrlə söyüb-təhqir etdiyi, onlara hücum edərək geyim formasını çıxartdığı, eləcə də zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyi müəyyənləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Azər Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq davam edir.