logo

Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayıracaq

09:09 09-09-2021 | icon 1617
Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayıracaq

Fransa işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 min avro ayırmaq niyyətindədir.

YeniAvropa xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros özünün "Twitter"  hesabında məlumat paylaşıb.

“Beynəlxalq əməkdaşlığa ehtiyac duyulan başqa bir sahə məcburi köçkünlərin öz torpaqlarına qayıda bilmələri üçün ərazilərin minalardan təmizlənməsidir. Qarabağda minalardan təmizlənməni tələb edən ərazilər çox böyükdür. Buna görə rəsmi olaraq ANAMA-ya bu məlumat verməkdən məmnunam. Fransa ərazilərin minalardan təmizlənməsi üçün Azərbaycana 400 000 avro ayırmaq niyyətindədir”, - deyə səfir paylaşımında qeyd edib.