“Azercell” II Qarabağ müharibəsi qaziləri və şəhid övladları üçün peşə təlimlərinin keçirilməsinə dəstək olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), “Azercell Telekom” MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsinin qaziləri və şəhid ailələrinin üzvlərinə dəstək olaraq yeni sosial təşəbbüsə start verilib.
YeniAvropa xəbər verir ki,“Peşəkar İnkişaf və Karyera Hazırlığı” adlı yeni layihə çərçivəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə qaziləri və vətən üçün canından keçən şəhidlərin övladlarına peşə istiqamətini seçməyə və öz potensiallarını reallaşdırmağa dəstək olan təlimlər təşkil ediləcək.
Qeyd edək ki, təlimlər onlayn şəkildə həyata keçiriləcək. Layihənin 25 iştirakçısı ingilis dili və kompüter kurslarına cəlb olunacaqlar. Bununla yanaşı, layihə çərçivəsində gənclərə peşəkar inkişaf üzrə karyera təlimləri də təşkil ediləcək. Layihə boyunca iştirakçıları yüksəksürətli mobil internet xidmətləri ilə ölkənin lider mobil operatoru “Azercell” təmin edəcək. Belə ki, iştirakçılara “Azercell” tərəfindən datakart və 6 ay ərzində 5G həcmində mobil internet paketi təqdim olunacaq. Eyni zamanda, layihənin onlayn təşkilini dəstəkləmək üçün “AmCham” üzvləri tərəfindən hər bir iştirakçıya kompüter də ayrılıb. Təlimlər “Celt Colleges” və “JA Azərbaycan”ın peşəkarları tərəfindən keçiriləcək. Layihəni uğurlu şəkildə başa vurmuş iştirakçılar “AmCham”a üzv olan şirkətlərdə təcrübə keçmək imkanı da əldə edəcəklər. İştirakçıların siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilib.
“Azercell” həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhid və qazi ailələrini diqqət mərkəzində saxlayıb, xüsusi sosial layihələrin təşəbbüskarı kimi çıxış edib. Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbçilərin faktura borcları ləğv olunub. Böyük amallar uğrunda canını fəda edən hərbçilərimizin övladlarına psixoloji dəstək məqsədilə təlimlər təşkil olunub. Həmçinin balacaların öz qəhrəman ataları haqda xatirələrindən ibarət kitab dərc olunması planlaşdırılır. Bütün Azərbaycan xalqı üçün önəmli olan bu zamanda şirkətin əməkdaşlarından ibarət “Azercell Könüllüləri” də xeyriyyə təşəbbüsləri həyata keçirərək ölkənin ictimai həyatında fəal iştirak ediblər. Fəaliyyətində milli-mənəvi dəyərləri daima yüksək tutan “Azercell” şirkəti bundan sonra da hünərlik zirvəsi olan şəhid və qazi ailələrinə dəstək olmağa davam edəcək.
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib