logo

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır-Paşinyan:

14:54 08-09-2021 | icon 3136
Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır-Paşinyan:

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır. Biz bunun üçün danışıqlara da hazırıq.

YeniAvropa Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu sözləri ölkənin baş naziri Nikol Paşinyan hökumətin sentyabrın 8-də keçirilən iclasında çıxışı zamanı deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı açıqlamasını xatırladan Paşinyan deyib: “Biz bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması barədə müzakirələri görürük. Eləcə də avtomobil və dəmir yollarının bərpası məsələsi gündəmdədir. Biz daha geniş kontekst ala biləcək belə danışıqlara hazırıq”.

Onun sözlərinə görə, bu məsələdə Rusiya, Avropa İttifaqı, Fransa, ABŞ, Çin və Hindistan da maraqlıdır.