logo

Ermənistan üçün kommunikasiyaların açılması son dərəcə vacibdir-Nikol Paşinyan

13:53 08-09-2021 | icon 1575
Ermənistan üçün kommunikasiyaların açılması son dərəcə vacibdir-Nikol Paşinyan

Ermənistan üçün kommunikasiyaların açılması son dərəcə vacibdir və fövqəladə əhəmiyyətə malikdir. Hökumət kommunikasiyaların açılması məsələsində qərarlıdır.

YeniAvropa Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan hökumətin bugünkü iclasında söyləyib.

Baş nazir deyib ki, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqələrinin qurulması fövqəladə əhəmiyyətə malikdir. Bu məsələnin həll olunması üçün Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli formatda kommunikasiyaların açılması müzakirə olunur.

“Biz Bakının Naxçıvanla əlaqə qurmaq istəyini də başa düşərək, konkret nəticələrə nail olmaq üçün səy göstərməyə hazırıq və qərarlıyıq”, – deyə N.Paşinyan vurğulayıb.

Nikol Paşinyan, həmçinin Azərbaycan ilə sərhədlərin delimitasiya və demarkasiyasının da gündəlikdə olduğunu bildirib. Onun sözlərinə görə, Ermənistan bunun üçün lazımi şərtlərin formalaşdırılması sahəsində işləri davam etdirir.