Vyanada Azərbaycan-Estoniya əlaqələri müzakirə olunub
Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya işgüzar səfəri çərçivəsində Estoniya parlamentinin – Riiqikoqun sədri Yuri Ratas ilə görüşüb.
YeniAvropa xəbər verir ki, görüşdə Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz arasında münasibətlərin mövcud durumu barədə danışıb. O, Azərbaycan və Estoniyanın öz müstəqilliklərini elan etdikdən sonra bir çox sahələr üzrə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində yeni imkanlar yarandığını bildirib. Spiker ötən illərdə ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələri əhatə edən münasibətlərin inkişafında müsbət dinamikanın olduğunu diqqətə çatdırıb.
Sahibə Qafarova bildirib ki, Estoniya ilə əlaqələrimizin genişlənməsində qanunverici orqanlar arasındakı münasibətlərin inkişafı mühüm əhəmiyyət kəsb edir. Milli Məclisdə və Riiqikoqda parlamentlərarası əlaqələr üzrə işçi qruplar fəaliyyət göstərir. O, bu sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar olduğunu bildirib.
Milli Məclisin sədri görüşdə estoniyalı həmkarına 2020-ci ilin payızında son qoyulmuş münaqişədən sonra bölgədə yaranmış vəziyyət, yeni reallıqlar barədə də məlumat verib. O, 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etdiyini, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirdiyini bildirib. Spiker Azərbaycanın bölgədə uzunmüddətli sülhü, sabitliyi və təhlükəsizliyi bərpa etməkdə qərarlı olduğunu vurğulayıb. O, təəssüflə qeyd edib ki, Azərbaycanın bütün sülhsevər addımlarına baxmayaraq, Ermənistan hələ də təxribatlarını davam etdirir və sülhə, sabitliyə əngəl törədir.
Görüşdə Estoniya parlamentinin sədri Yuri Ratas dostluq və qarşılıqlı marağa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı perspektivlərindən, ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın qurulmasından danışıb. O, parlamentlərarası əlaqələrin yeni müstəvidə daha da inkişafının hər iki tərəf üçün çox faydalı olacağına əminliyini bildirib.
Görüşdə spikerlər bir-birilərini qarşılıqlı səfərlərə dəvət ediblər.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır