logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 915 min nəfəri ötüb

20:10 07-09-2021 | icon 2681
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 915 min nəfəri ötüb

Sentyabrın 7-də Azərbaycanda 70 min 768 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 min 927, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 min 841 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 307 min 149, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 391 min 664, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 915 min 485 nəfər təşkil edir.