logo

MTN generalı Mövlan Şixəliyevin cinayət işinin istintaqı yekunlaşır

17:47 07-09-2021 | icon 1680
MTN generalı Mövlan Şixəliyevin cinayət işinin istintaqı yekunlaşır

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi general Mövlan Şixəliyevin barəsində Baş Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Baş Prokurorluğun daha əvvəl yaydığı məlumatda istintaqla Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-nin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edildiyi bildirilirdi.