logo

"Erməniyə qalib gəlib çempion olmaq çox gözəl hissdir"-Nicat Məmmədli

17:07 07-09-2021 | icon 3514
"Erməniyə qalib gəlib çempion olmaq çox gözəl hissdir"-Nicat Məmmədli

"Bu rəqiblə əvəllər görüşməmişəm. İlk dəfə qarşılaşırdıq. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Məşqçilərimə, mənə dəstək olan insanlara təşəkkürümü bildirirəm. Çox sevinirəm. Qələbəmi şəhidlərimizə həsr edirəm".

 YeniAvropa xəbər verir ki, bunu I MDB Oyunlarının qalibi olan Azərbaycan samboçusu Nicat Məmmədli deyib.

58 kq-da qızıl medal qazanan idmançı yarışdakı çıxışını dəyərləndirib: "İlk görüşdə əvvəllər məğlub etdiyim idmançıya qalib gəldim. Növbəti qələbə isə məni finala çıxardı. Final görüşü çətin olsa da, qızıl medal qazandım. Bayrağımızı ucaltdığım üçün sevinirəm. Çempion olacağıma inanırdım".

Yarımfinalda Ermənistan idmançısı David Ovsepyanı məğlub edən Nicat Məmmədli bunun çox gözəl hiss olduğunu deyib: "Torpaqlarımızı azadlığı uğrunda şəhid olan qardaşlarımız cənnətdədir. Biz də öz sözümüzü döşəkdə deyirik. Başda valideynlərim olmaqla, hamıya təşəkkür edirəm. Finalda bildiyim bütün xüsusi fəndləri işlətdim, bacardığımı etdim. Hamısı alındı".

Qeyd edək ki, Nicat Məmmədli bundan əvvəl gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.