logo

Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini təyin edilib

12:58 07-09-2021 | icon 1603
Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini təyin edilib

Azərbaycanın mədəniyyət nazirinə birinci müavin təyin olunub.

YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Elnur Əli oğlu Əliyev mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, E.Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinatdan əvvəl Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət nümayəndəsi kimi çalışıb.

2020-ci il avqustun 12-dən mədəniyyət nazirinin müşaviri vəzifəsində işləyib.