logo

Bakıda akademik müalicə aldığı xəstəxanada "COVİD-19"dan ölüb

12:44 07-09-2021 | icon 1533
Bakıda akademik müalicə aldığı xəstəxanada "COVİD-19"dan ölüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü və Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının professoru Ənvər Nəhmədov 62 yaşında koronavirusdan vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə akademikin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Qeyd edilib ki, o,ötən gün  müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Firudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada əmək fəaliyyətinə başlayıb.

Ə.Nəhmədov 90-a yaxın elmi məqalə, o cümlədən “Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri” kitabının müəllifi olub.