logo

Ağdaşda iki yeniyetmə qız su kanalında boğulub

17:57 06-09-2021 | icon 2121
Ağdaşda iki yeniyetmə qız su kanalında boğulub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə sentyabrın 6-da Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın cəsədləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.