logo

Qısqanc ər 24 yaşlı arvadını parkda bıçaqla öldürdü

16:56 06-09-2021 | icon 4004
Qısqanc ər 24 yaşlı arvadını parkda bıçaqla öldürdü

Bərdə şəhərində parklardan birində 24 yaşlı arvadını qətlə yetirən şəxs tutulub.

YeniAvropa xəbər verir ki, bu barədə Bərdə rayon prokurorluğundan bildirilib.

Qeyd edilib ki, sentyabrın 6-da saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Tural Mustafayevin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Təranə Mustafayevaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib .
Tural Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
 Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.