logo

Qəbələdə karantin qaydalarını pozaraq toy edənlər cərimələniblər

11:31 06-09-2021 | icon 1582
Qəbələdə karantin qaydalarını pozaraq toy edənlər cərimələniblər

Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı evlərdə təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, rayonun Yeni Dizaxlı kəndində Məhəmməd Babaşova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində müəyyənləşdirilmiş 150 nəfərdən artıq - 190 qonağın iştirak etdiyi və onlardan 15-nin COVID-19 pasportu olmadığı məlum olub.

Aparılan yoxlamalar zamanı Mıxlıqovaq kəndində Yalçın Abduhüseynova məxsus ünvanda da təşkil edilən toy mərasimində analoji qayda pozuntularına rast gəlinib. Belə ki, mərasimdə 170 qonağın iştirak etdiyi və onlardan 25-nin COVID-19 pasportu olmadığı aşkar edilib.

Qayda pozuntuları ilə əlaqədar toy sahibləri inzibati məsuliyyətə cəlb olunublar. Onların hər biri 400 manat məbləğində cərimələnib.