logo

 Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatından 300 gün ötür

10:10 06-09-2021 | icon 1792
 Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatından 300 gün ötür

Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasından 300 gün ötür.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Məlumatda deyilir:

“Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasından 300 gün keçir. Azərbaycan hökuməti məcburi köçkünlərin azad olunmuş ərazilərə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün fəaliyyətini davam etdirir”, - məlumatda qeyd edilib.