logo

COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 844 min nəfəri ötüb

19:20 04-09-2021 | icon 2695
COVID-19-a qarşı II mərhələ peyvənd olunanların sayı 2 milyon 844 min nəfəri ötüb

Sentyabrın 4-də Azərbaycanda 78 min 604 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 min 604, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 min nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 174 min 297, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 329 min 571, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 844 min 726 nəfər təşkil edir.