logo

İlham Əliyev “Tokio-2020”də növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib

10:59 04-09-2021 | icon 1757
İlham Əliyev “Tokio-2020”də növbəti qızıl medallar qazanan idmançılarımızı təbrik edib

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.

YeniAvropa xəbər verir ki, bu barədə dövlət başçısı özünün "Tvitter" hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”.