logo

Lənkəranda ata 9 yaşlı oğlunu öldürdü,  sonra intihar etdi

17:13 03-09-2021 | icon 1897
Lənkəranda ata 9 yaşlı oğlunu öldürdü,  sonra intihar etdi

Sentyabrın 3-ü saat 13 radələrində Lənkəran rayonunun Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədovun və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat verilib.

YeniAvropa xəbər verir ki, bu barədə Lənkəran rayon Prokurorluğundan daxil olan məlumatında bildirilib.

Qeyd edilib ki, aparılmış ilkin araşdırmalarla Şaiq Məmmədovun həmin ərazidə oğlu Vahid Məmmədlinin boyun nahiyəsinə bıçaqla xəsarət yetirib onu qəsdən öldürdükdən sonra həmin bıçaqla özünün boyun nahiyəsinə xəsarət yetirərək intihar etdiyi müəyyənləşdirilib.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.