logo

TƏBİB AzTV-nin rejissorunun vaksindən sonra ölməsinə münasibət bildirib

16:26 01-09-2021 | icon 1435
TƏBİB AzTV-nin rejissorunun vaksindən sonra ölməsinə münasibət bildirib

Avqustun 23-də koronavirusdan dünyasını dəyişdiyi deyilən AzTV-nin rejissoru Arzu Məmmədovanın yaxınları ölüm səbəbi kimi mətbuatda fərqli iddia ilə çıxış ediblər.

YeniAvropa xəbər verir ki, yaxınlarının iddiasına görə, rejissor vaksin vurdurduqdan sonra vəfat edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məsələyə aydınlıq gətirib. 

TƏBİB-dən bildirilib ki, Arzu Məmmədova 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət edib və peyvənd olunub: “Daha sonra 23 avqust tarixində A.Məmmədovanın PCR testi müsbət nəticə olaraq qeydə alınıb. Heç bir ekspertiza rəyi olmadan vaksin olunduqdan 20 gün sonra baş verən ağırlaşmanı peyvəndlə əlaqələndirmək doğru deyil”./ Report