logo

İlham Əliyev Goranboyda səfərdədir

17:34 22-07-2021 | icon 1540
İlham Əliyev Goranboyda səfərdədir

Prezident İlham Əliyev iyulun 22-də qərb bölgəsinə səfəri çərçivəsində Goranboy rayonunda da olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

****

Prezident İlham Əliyev iyulun 22-də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib.

Dövlət başçısına yolun inşası ilə bağlı görülən işlər barədə məlumat verilib.

****

Prezident İlham Əliyev iyulun 22-də Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.

Dövlət başçısına kompleksdə görülən işlər barədə məlumat verilib.