logo

Ermənistan NATO-nun Gürcüstandakı təlimlərinə qatılmayacaq

16:56 21-07-2021 | icon 3682
Ermənistan NATO-nun Gürcüstandakı təlimlərinə qatılmayacaq

Ermənistan hərbçiləri NATO-nun Gürcüstanda planlaşdırılan təlimlərinə qatılmayacaqlar.

 YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən “Sputnik Armeniya”ya bildirilib.

Qeyd edək ki, çoxmillətli hərbi təlim olan "Agile Spirit 2021" 26 iyul - 6 avqust tarixlərində keçiriləcək. Bir müddət öncə isə NATO-nun mətbuat xidməti təlimlərdə Gürcüstan və ABŞ-la yanaşı, 13 NATO ölkəsindən, alyansın tərəfdaş dövlətlərindən, o cümlədən Türkiyə ilə Azərbaycandan olan hərbçilərin iştirak edəcəyinin planlaşdırıldığını açıqlayıb.

Xatırladaq ki, əvvəlki illərdə Ermənistan dəfələrlə NATO-nun Gürcüstan ərazisində keçirdiyi hərbi təlimlərdə iştirak edib.