logo

Vaqif Abdullayev Milli Mətbuatımızın  146-cı yaşından yazdı

14:20 21-07-2021 | icon 602
Vaqif Abdullayev Milli Mətbuatımızın  146-cı yaşından yazdı
Azərbaycan Milli Mətbuatının yaranmasından 146 yaşı tamam olur.
Həsən bəy Zərdabidən başlayan milli mətbuat ənələrimiz ötən dövr ərzində çox şərəfli və zəngin yol keçibdir. Xalqımızın görkəmli ziyalıları, yazıçıları, mütəfəkkirləri son 150 ilə yaxın dövr ərzində mətbuat vasitəsilə milli şüurun, mənəviyyatın və mədəniyyətin formalaşmasına və inkişafına güclü təkan vermişlər.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafı dövlətin prioritet məslələrindən birinə çevrilib, KİV-in azad fəaliyyəti üçün güclü qanunvericilik bazası yaradılıb, mətbuatın inkişafı, eləcə də jurnalistlərin normal fəaliyyəti üçün çoxsaylı sənədlər qəbul edilib, mətbuat dövlət qayğısı ilə əhatə olunub. Ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk Fərman da məhz Heydər Əliyev tərəfindən imzalanıb. Ulu Öndər hər zaman mətbuatın problemlərini diqqətlə dinləyir, müvafiq göstərişlərini verirdi.
Müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır.
Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-ə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir. Cənab Prezidentin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb.
Cənab Prezidentin sərəncamı ilə Medianın İnkişafı Agentliyi yaradlması azad medianın inkişafı, informasiya cəmiyyətinin rolunun artırılması, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan mətbuatı daima milli və dövlət maraqlarına xidmət edərək cəmiyyətimizin obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin edilməsində müstəsna rola malikdir. Jurnalistlərimiz həm də milli vətənpərvərliyi ilə seçilirlər, işğalçı Ermənistanla informasiya müharibəsində gecə-gündüz yorulmadan çalışırlar. Qarabağ savaşı başlayandan həyatlarını riskə ataraq ən qaynar döyüş xətlərindən operativ və düzgün informasiya verməklə, reportajlar hazırlamaqla cəmiyyətimizi dolğun məlumatlarla təmin edirlər. Alı Mustafayev, Salatın Əsgərova, Çingiz Mustafayev, Kazımağa Kərimov kimi şəhid jurnalistlərimiz həm də qəhrəmanlarımızdır.
44 günlük Vətən müharibəsi dövründə medianın üzərinə böyük iş düşdü, jurnalistlərimiz öz həyatlarını risk altına qoyaraq ilk günlərdən qələm və kameralarını süngüyə çevirərək ən qaynar atəş nöqtələrindən operativ məlumatları tamaşaçılarımıza, izləyicilərimzə çatdırırdılar, informasiyalar verərək cəmiyyətin operativ tələbatını ödədilər. Ordumuzun, digər dövlət qurumlarımızın müharibəyə ciddi və məsuliyyətli şəkildə kökləndikləri kimi, kütləvi informasiya vasitələrimiz də bu səfərbərliyə adekvat yanaşma ortaya qoydu. Azərbaycan Ordusu ön cəbhədə Ermənistanın işğalçı qüvvələrinə qarşı əail qəhrəmanlıq nümunəsi göstərdiyi kimi jurnalistərimiz də əsil mübarizlik və peşəkarlıqla informasiya müharibəsində erməniləri məğlub etdilər.
Döyüşlərdə məğlub olan ermənilərin, azərbaycan döyüşçülərinin qarşısından qaçan hayların acınacaqlı vəziyyətini erməni cəmiyyətindən gizlətmək üçün saxta və feyk xəbərlər yayan Ermənistan və havadarlarının media orqanlarının bu yalan və təxribatlarını ifşa edən Azərbaycan jurnalistikasının informasiya müharibəsindəki qələbəsini xüsusi qeyd etmək lazımdır. Cəbhədə düşmənlə üz-üzə əsil həqiqətləri çatdıran jurnalistlərimizin fəaliyyəti sayəsində düşmənin yalan məlumatları ifşa edildi, dünya mediası. xüsusilə də Türkiyə KİV-ləri və beynəlxalq ictimaiyyət əsil həqiqətləri Azərbaycan mediasından əldə edərək yaydılar. Qarabağ bölgəsində cəbhədə əsgərlərimizlə çiyin-çiyinə dayanaraq informasiya müharibəsində fədakarlıq edən jurnalistlərimizlə yalnız qürur duymaq olar.
Zəfərlə başa çatan Vətən müharibəsindən sonra da jurnalistlərimiz həyatlarını riskə atartaq Qarabağın bütün bölgələrindən canlı reportajlar yayamaqla dünya ictimaiyyətini erməni vandalizminin mahiyyəti barədə məlumatlandırmaqdadır. Jurnalistlərimiz Qarabağı qarış-qarış gəzərək erməni terrorçularının törətdikləri dağıntılar, cinayətlər, qeyri-insani hərəkətlər, nadir mədəni tarixi abidələrimizin amansızcasına dağıdılması, təbii sərvətlərimizin talan edilməsi barədə faktları sənədləşdiridilər. Onların hazırladığı hər reportaj, kameranın lentinə köçürdükləri hər material erməni terrorizminin mahiyyətini dünyaya çatdırmaq, erməni yalanlarını ifşa etmək baxımından ən dəyərli sübutlardır, onların topladqları materiallar tarximizin zəngin salnaməsidir, hərbi jurnalistikamızın qızıl fondudur.
Azərbaycan Televiziyası (AZTV) və “AZƏRTAC” İngormasiya Agentliyinin cəsur əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun öz xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olması bir daha jurnalistlərimizin fədakarlığının, igid döyüşçülərimiz kimi böyük şücaətinin nümunəsidir.
Milli mətbuatımızın 146 illik yubileyi münasibətilə bu əlamətdar gündə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara öz işlərində yeni uğurlar arzulayıram.
Əziz jurnalistlər, Bayramınız mübarək!
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor