logo

İlham Əliyev Vladimir Putinin dəvəti ilə Rusiyada işgüzar səfərdədir

19:44 20-07-2021 | icon 2695
İlham Əliyev Vladimir Putinin dəvəti ilə Rusiyada işgüzar səfərdədir

Prezident İlham Əliyev iyulun 20-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib.

YeniAvropa xəbər verir ki,  Moskvanın "Vnukovo-2" beynəlxalq hava limanında prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

Kremlin yaydığı məlumata görə, bu dəqiqələrdə prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında görüş başlayıb.