logo

Azərbaycanda daha 148 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

17:36 19-07-2021 | icon 1386
Azərbaycanda daha 148 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından daha 56 nəfər müalicə olunaraq sağalıb, 148 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 338 min 586 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 350 nəfər müalicə olunaraq sağalıb, 4994 nəfər vəfat edib. Aktiv xəstə sayı 2242 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 920 min 841 test aparılıb. Bugünkü test sayı isə 6022-dir.