logo

Azərbaycanlı hakimlər UEFA Konfrans Liqasının oyununa təyinat alıblar

14:15 19-07-2021 | icon 2394
Azərbaycanlı hakimlər UEFA Konfrans Liqasının oyununa təyinat alıblar

FIFA referisi Rauf Cabbarov beynəlxalq oyuna təyinat alıb.

YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, o, UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Tueta” (Albaniya) – “İnter Escaldes” (Andorra) qarşılaşmasının baş hakimi olacaq. Ona Namiq Hüseynov və Cavanşir Yusfiov kömək edəcək. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.

Matç iyulun 22-də Albaniyanın Dürres şəhərində keçiriləcək.